"Brayton" Premyer Liqaya vəsiqə qazanıb

"Brayton" Premyer Liqaya vəsiqə qazanıb

İngiltərə Premyer Liqasına vəsiqə qazanan ilk komandanın adına aydınlıq gəlib. SİA-nın məlumatına görə, bu xoşbəxtlik "Brayton" klubuna nəsib olub. Belə ki, Çempionşipin hesabat turunda "Uiqan"a 2:1 hesabı ilə qalib gələn sözügedən komanda Premyer Liqaya vəsiqəni lider kimi rəsmiləşdirib.

Bununla da "Brayton" 34 illik faslədən sonra Premyer Liqaya yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə