Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri olacaq
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start veriləcək. İlk oyun günündə 2 qarşılaşma keçiriləcək. "Real" öz meydanında "Bavariya"nı sınağa çəkəcək. İlk matçda səfərdə əzmkar qələbə qazanan "Kral klubu" yarımfinala yaxındır. Hətta 0:1 hesablı məğlubiyyət belə "Real"ı növbəti mərhələyə daşıyacaq. Madridin digər təmsilçisi isə "Atletiko" isə səfərdə "Lester"lə üz-üzə gələcək. İngiltərə çempionu səfərdəki minimal hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
18 aprel
22:45. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)
İlk oyun - 2:1
22:45. "Lester" (İngiltərə) - "Atletiko" (İspaniya)
İlk oyun - 0:1
19 aprel
22:45. "Barselona" (İspaniya) - "Yuventus" (İtaliya)
İlk oyun - 0:3
22:45. "Monako" (Fransa) - "Borussiya" (Dortmund, Almaniya)
İlk oyun - 3:2
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB