Pike “Yuventus”la keçiriləcək cavab oyunu haqda danışıb

Pike “Yuventus”la keçiriləcək cavab oyunu haqda danışıb

"PSJ ilə oyunda da böyük hesabla geridə olsaq da, bunun öhdəsindən gələ bildik. İndi bunu yenə təkrarlamalıyıq". Qol.az-ın məlumatına görə, bu sözləri "Barselona"nın futbolçusu Xerard Pike İspaniya mətbuatına açıqlamasında deyib. O, Çempionlar Liqasının 1/4 finalının "Yuventus"la keçiriləcək cavab oyunu haqda iddalı danışıb: "Bu geri dönüşü həyata keçirə bilsək, "Real"a "Santyaqo Bernabeu"dakı oyunda da qalib gələ bilərik. Bunu edə biləcəyimizə inanıram".

Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyun "Yuventus"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə