İbrahim Şehiç Premyer Liqada 100-cü oyununu keçirib

İbrahim Şehiç Premyer Liqada 100-cü oyununu keçirib

"Qarabağ" futbol klubunun qapıçısı İbrahim Şehiç Azərbaycan Premyer Liqasında 100-cü oyununu keçirib. Peşəkar Futbol Liqasının məlumatında deyilir ki, "İnter"lə XXVI turun qarşılaşması bosniyalı qolkiper üçün Azərbaycan çempionatında yubiley matçı olub. 3:0 hesablı qələbə ilə başa çatan görüşdə qapısını toxunulmaz saxlayan legioner indiyədək 61 top buraxıb. 2013/2014-cü il mövsümündən "Qarabağ"da çıxış edən Şehiç 100-ə 4 çempionat ərzində çatıb.

O, Azərbaycan çempionatları tarixində 100 və daha çox oyun keçirən 2-ci legioner qapıçı olub. İ.Şehiçədək yalnız bir əcnəbi qolkiper bu qədər çox matç keçirib. "İnter"in sabiq qapıçısı Georgi Lomayanın hesabında 125 matç var. Yeddi mövsüm ölkəmizdə çıxış edən gürcüstanlı bu oyunlarda 91 top buraxıb. Ümumilikdə isə Şehiç 100 və daha çox oyun keçirən 28-ci qapıçıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə