“Turan Tovuz” - 23-cü çempion

"Turan Tovuz" futbol klubu tarixində ilk dəfə titul qazanıb. 2015-ci ildə yaradılan klub I divizionun çempionu adına yiyələnib. Baş məşqçi Əsgər Abdullayevin yetirmələri buna mövsümün sonuna 2 tur qalmış nail olublar. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olublar. Düzdür, "Səbail" liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) "Turan Tovuz"un 1-ci yer tutması üçün kifayət edib.

İlk uğurunu qazanan 2 yaşlı klub I divizion tarixinə 23-cü çempion kimi düşüb. Düzdür, 22 yarışdan birində - 1994/1995-ci il mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyiblər. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. "Neftçala" 2014/2015-ci və 2015/2016-cı il mövsümlərində qızıl medallara yiyələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...