Yığmamız Bosniya və Herseqovina millisinə məğlub olub

Yığmamız Bosniya və Herseqovina millisinə məğlub olub

Monteneqronun Podqoritsa şəhərində təşkil olunan 17 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə start verilib. SİA-nın məlumatına görə, Azərbaycan millisi ilk turda Bosniya və Herseqovina ilə qarşılaşıb. Yığmamız turnirə 1:3 hesablı məğlubiyyətlə başlayıb. Millimizin yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Qeyd edək ki, aprelin 19-da keçiriləcək növbəti oyunda futbolçularımızın rəqibi Monteneqro yığması olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə