Mini futbol üzrə idman turnirinə start verilib FOTOLAR

Mini futbol üzrə idman turnirinə start verilib FOTOLAR

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan "Heydər Əliyev-94" adlı mini futbol üzrə ənənəvi idman turnirinə start verilib. SİA-nın verdiyi məlumata görə, Milli Elmlər Akademiyasının Mini Futbol meydançasında keçirilən turnirdə Dövlət Statistika Komitəsinin Mərkəzi Aparatı, Bakı Şəhər Statistika İdarəsi və tabe rayon qurumlarını təmsil edən 5 komanda mübarizə aparacaq.

Mayın 7-də yekun vurulacaq oyunların qalibləri xal prinsipi əsasında müəyyən olunacaq və onlar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə