"Barselona" Delofeunu yenidən transfer etmək istəyir

"Barselona" Delofeunu yenidən transfer etmək istəyir

"Milan"da icarə əsasında çıxış edən Jerar Delofeunun "Barselona"ya qayıdacağı istisna olunmur. SİA-nın məlumatına görə, katalonlar 23 yaşlı futbolçunun əsas heyətdə oynayacağına zəmanət versələr, transfer reallaşacaq. Müqavilə ilə "Everton"a məxsus olan Delofeunu "Barselona" 12 milyon avro qarşılığında transfer edə bilər.

Qeyd edək ki, "İnter" və "Napoli" də gənc oyunçu ilə maraqlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə