Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2017" turnirinin reytinq favoriti Uesli So Bakıya gəlib. SİA-nın məlumatına görə, bir neçə gün əvvəl ABŞ çempionatında qələbə qazanan Filippin əsilli şahmatçı bu gün yarışın keçiriləcəyi Şəmkirə yollanacaq.
Qeyd edək ki, FİDE reytinqində 2822 xalla ikinci pillədə qərarlaşan Uesli So ötən il Bakıda keçirilən Ümumdünya Şahmat Olimpiadasında ABŞ yığmasının heyətində qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB