Bu gün Topaz Premyer Liqada 26-cı tura yekun vurulub və çempionun adı rəsmiləşib. Qol.az-ın xəbərinə görə, günün ilk matçın Gəncədə keçirilib. Çempionluq şansı az da olsa qalan "Qəbələ" "Kəpəz"lə matçda gözlənilmədən uduzub – 0:2.
Bu nəticə isə "Qarabağ"ın çempionluğu erkən bayram etməsinə imkan yaradıb. "Kəpəz" – "Qəbələ" oyunundan sonra Bakıda "İnter"lə üz-üzə gələn Ağdam klubu qalib gəlib və sona iki tur qalmış "Qəbələ" ilə xal fərqini 7-yə çatdırıb. Bununla da Qurban Qurbanovun komandası Azərbaycan futbolu tarixində ilk dəfə olaraq ardıcıl 4-cü çempionluğu bayram edib. Ümumilikdə isə bu, Ağdam klubunun 5-ci çempionluğu olub.
Topaz Premyer Liqası
26-cı tur
16 aprel (bazar)
18:30."İnter" - "Qarabağ" - 0:3
Qol: Mahir Mədətov, 4, Dino Ndlovu, 54, 78
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, İsgəndər Əliyev, Rəvan Həmzəzadə
"İnter Arena"
16:00. "Kəpəz" - "Qəbələ" - 2:0
Qol: Julien Ebah, 70, Dario Federiko, 90+4
Hakimlər: Ömər Paşayev, Nahid Əliyev, Vaqif Musayev, Rauf Cabbarov
Gəncə şəhər stadionu
15 aprel (şənbə)
Neftçi" – AZAL - 4:0
Qollar: Zdenek Folbrext, 14, Daniel Soqavia, 17, İqnasio Herrera Fernandes, 35,Rəhman Hacıyev, 55
"Sumqayıt" – "Zirə" - 1:1
Qollar: Mirabdulla Abbasov, 83 (1:0), Milan Duriç, 90+4-pen (1:1)
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 26 | 17 | 5 | 4 | 42-12 | 56 |
| 2 | Qəbələ | 26 | 13 | 10 | 3 | 43:16 | 49 |
| 3 | İnter | 26 | 11 | 10 | 5 | 36:28 | 43 |
| 4 | Zirə | 26 | 8 | 9 | 9 | 23-26 | 33 |
| 5 | Sumqayıt | 26 | 8 | 8 | 10 | 25-32 | 32 |
| 6 | Kəpəz | 26 | 7 | 9 | 10 | 21-26 | 30 |
| 7 | Neftçi | 26 | 9 | 2 | 15 | 23-40 | 29 |
| 8 | AZAL | 26 | 1 | 7 | 18 | 12-45 | 10 |
Bombardirlər: Filip Ozobiç ("Qəbələ") - 11 qol, Rauf Əliyev ("İnter") - 9 qol, Dino Ndlovu ("Qarabağ") - 9 qol, Baqali Dabo ("Qəbələ") - 7 qol,
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB