Madriddə asayişi pozan “Lester” azarkeşləri həbs olunub

Madriddə asayişi pozan “Lester” azarkeşləri həbs olunub

Madriddə asayişi pozan 8 "Lester" azarkeşi həbs olunub. Qol.az-ın xəbərinə görə, fanatlara 4 aylıq həbs cəzası verilib. Onlardan 6-na daha 4 aylıq şərti cəza kəsilib.

Xatırladaq ki, Çempionlar Liqasında 1/4 final mərhələsinin "Atletiko" ilə oyunu üçün İspaniyanın paytaxtına gedən 70-ə yaxın "Lester" azarkeşi ətrafa zərər verib, asayişi pozub. İspan polislərinin xəbərdarlığına məhəl qoymayan fanatlar onlara şüşə butulka atıblar. Hadisə nəticəsində 3-ü polis, 2-i azarkeş olmaqla 5 nəfər xəsarət alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə