Mart ayının ən gözəl qolunun müəllifi mükafatlandırıldı FOTO

Mart ayının ən gözəl qolunun müəllifi mükafatlandırıldı FOTO

Futbol üzrə Azərbaycan I Divizionunda mart ayında vurulan ən gözəl qolun müəllifi Orxan Qurbanlı ("Səbail") mükafatlandırılıb. SİA-nın məlumatına görə, gənc oyunçu mükafatına hazırda davam edən "Zaqatala" - "Səbail" oyunundan öncə qovuşub. O.Qurbanlıya mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası Topaz Premyer Liqası ilə yanaşı I Divizionun işıqlandırılmasına da xüsusi diqqət ayırır. Təsadüfi deyil ki, sözügedən matça jurnalistlərin səfəri də təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə