İrəli İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən Gənclər Kuboku layihəsinin açılış mərasimi olub. Gənclər Kuboku layihəsi 2017- ci İslam ili çərçivəsində keçiriləcək olan İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində həyata keçirilir. İdman sahəsində olan gənclərin marağı və təşəbbüsləri nəzərə alınaraq həyata keçirilən "Gənclər Kuboku" layihəsinin açılış mərasimində dövlət rəsmiləri iştirak edib.
Daha sonra çıxış edən Dövlət rəsmiləri – Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Azərbaycanda keçirilən bu kimi yarışların Azərbaycan gəncliyi, bu günü və gələcəyi üçün əhəmiyyətini vurğulayıblar. İnkişaf etməkdə olan bir dövlət kimi əldə edilən uğurlar, böyük yarışlara ev sahibliyi etməyimizin böyük uğur olduğu qeyd edilib.
Sonda püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 15 aprel tarixindən etibarən hər həftəsonu layihəni əhatə edəcək Futbol, Basketbol, Voleybol, Şahmat, Səmti müəyyənetmə, Yüngül atletika, Stolüstü tennis, Üzgüçülük, Atçılıq, Velosiped idman növləri üzrə yarışacaqlar. Burada əsas məqsəd isə keçiriləcək İslam Həmrəylik Oyunlarına, yarışlara dəstəyi nümayiş etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB