Elçin Cəfərov: “Yığmamızın üzvləri çox mübariz idmançılardır” AÇIQLAMA

Elçin Cəfərov: “Yığmamızın üzvləri çox mübariz idmançılardır” AÇIQLAMA

"Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq yarışda 11 ölkədən 500-dək idmançı mübarizə aparır. Qalib və mükafatçı güləşçilərimiz ölkə yığma komandasının tərkibində Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında yarışacaqlar". Bunu SİA-ya açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov deyib.

O qeyd edib ki, yığma komandalarımız yarışda uğurlu çıxış edirlər: "Yığmamızın üzvləri çox mübariz idmançılardır. Onlar yaxşı güləş göstərirlər. İnanıram ki, bugünkü yeniyetmə və gənclər Tokiyoda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycan güləş məktəbinin ənənələrini layiqincə davam etdirəcəklər. Yarışların təşkilatçılığı və hakimlik yüksək səviyyədədir".

Federasiya rəsmisi bildirib ki, hazırda yeniyetmələr və gənclərdən ibarət yığma komandalarımızda heç bir çəkidə problem yoxdur: "Gənclərdən ibarət yığma komandamızda bütün çəkilərdə öz idmançılarımız var və onlar millimizin şərəfini uğurla qoruyurlar. Yeniyetmələr də yüksək hazırlıqları ilə gələcəkdə gənclərin yerini tutacaqlar".

Bütün xəbərlər Facebook səhifəmizdə