Gimnastlarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Gimnastlarımız beynəlxalq turnirdə uğurla çıxış ediblər

Azərbaycanın bədii gimnastika üzrə yeniyetmələrdən ibarət komandası İtaliyanın Pesaro şəhərində keçirilən beynəlxalq turnirdə çıxış edib. Qrup hərəkətləri üzrə komandada Güllü Ağalarzadə, Dərya Sorokina, Nərmin Cahangirova, Narın Qurbanova və Fatimə Əkbərova mübarizə aparaıblar. SİA-nın məlumatına görə, 10 gürzlə icra etdikləri kompozisiya ilə qızlarımız bürünc medal əldə ediblər.

Böyüklər arasında fərdi proqramda yarışan Zöhrə Ağamirova təsnifat mərhələsində hər 4 alət ilə uğurlu çıxış edərək, finallara yüksəlməyi bacarıb. Yekun mərhələdə o, ən yaxşı nəticəni halqa ilə göstərərək, medalın bir addımlığında - 4-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə