“Latsio” 22 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

“Latsio” 22 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

Sergey Milinkoviç-Saviç "Latsio" ilə müqaviləsini yeniləyib. Bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib. Xəbərə görə, 22 yaşlı futbolçunun yeni sözləşməsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub. Milinkoviç-Saviç "Latsio"da 2015-ci ilin avqustundan çıxış edir. O, Roma klubuna "Genk"dən 9 milyon avro qarşılığında transfer olunub. Cari mövsüm gənc yarımmüdafiəçi "Latsio"nun heyətində meydana çıxdığı 32 oyunda 7 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə