“Yuventus” Dibala ilə müqavilənin müddətini uzadıb

“Yuventus” Dibala ilə müqavilənin müddətini uzadıb

"Yuventus" futbolçusu Paulo Dibala ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, ulduz futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Argentinalı hücumçu illik 7 milyon avro maaş alacaq. Bu isə o deməkdir ki, Dibala Turin klubunda ən yüksək ödənişli ikinci futbolçu olacaq. Qonsalo İquain illik 7,5 milyon avro ilə ilk pillədədir.

Xatırladaq ki, Dibala 33,7 milyon avro qarşılığında 2015-ci ildə "Palermo"dan transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə