“Bakı-2017”nin akkreditasiya kartları nə zaman təqdim olunacaq? AÇIQLAMA

“Bakı-2017”nin akkreditasiya kartları nə zaman təqdim olunacaq? AÇIQLAMA

"May ayının 1-dən sonra "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq istəyən jurnalistlərin akkreditasiya kartları təqdim olunacaq". Bunu SİA-ya açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.

Onun sözlərinə görə, akkreditasiya prosesi mayın 1-dək bitəcək və daha sonra müraciətçilərin cavabları açıqlanacaq: "May ayının 1-dən "Bakı-2017"nin bütün arenaları mühafizəyə götürüləcək. Bu tarixə qədər bütün akkreditasiya prosesi yekunlaşacaq və daha sonra müraciətçilərə akkreditasiya kartları təqdim olunacaq. Qeyd edim ki, indiyədək 990-a qədər yerli və xarici jurnalist akkreditasiya kartı almaq üçün qeydiyyatdan keçib".

Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə