AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb

AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda ənənəvi beynəlxalq turnir start götürüb. SİA-nın məlumatına görə, turnirdə Azərbaycan ilə yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Belarus pəhləvanları mübarizə aparırlar.

Yarışın birinci günündə yunan-Roma güləşi üzrə yeniyetmələr arasında 122 pəhləvan gücünü sınayır.

Turnirin açılış mərasimi bu gün saat 17.00-da keçiriləcək.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə