Elçin Səfərov: “Qeyri-müsəlman ölkələrinin kanalları da “Bakı-2017”ni yayımlamaq istəyirlər” AÇIQLAMA
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının yayım hüququ ilə bağlı bir neçə müsəlman ölkəsinin televizya kanalları ilə artıq müqavilə bağlanılıb. Ancaq hazırda qeyri-müsəlman ölkələrinin televiziya kanalları da "Bakı-2017"ni yayımlamaq istəyirlər. Onlar yayım hüququna sahib olmaq üçün bizə müraciət edirlər". Bunu SİA-ya açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov deyib.
O qeyd edib ki, hazırda müraciət edən qeyri-müsəlman ölkələrinin televiziya kanalları ilə danışıqlar davam edir: "Hələ müqavilə bağlanmamış hansısa kanalın adını çəkmək düzgün olmaz. Ancaq deyə bilərəm ki,televiziya kanalları "Bakı-2017"yə böyük maraq göstərirlər. Hər şey danışıqların nəticəsindən asılır. Oyunları yayımlayacaq bütün şirkətlərin hüquqları eyni olacaq. Ərazisindən, coğrafi mövqeyindən asılı olamayaraq, istənilən ölkənin televiziya kanalı "Bakı-2017"ni yayımlamaq üçün yayım hüququnu bizdən almalıdır. Bu, kommersiya qaydasıdır".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB