"Qarabağ"ın 12 yaşlılardan ibarət komandası bu gün Türkiyəyə gedib. Ağdam klubunun rəsmi saytında yer alan xəbərə görə, komanda "Altınordu" klubu tərəfindən hər il keçirilən "U-12 İzmir Cup" turnirində iştirak edəcək.
"Qarabağ"ın artıq qrupdakı rəqibləri məlumdur. Bunlar"Trabzonspor", "Gümüşordu", "Denizli Çamlık", "Çorlu Fənər" və H6 klublarıdır.
Bu turnirdə 12 ölkənin 48 komandası təmsil olunacaq. İspaniyanın "Atletiko" (Madrid), "Atletik" (Bilbao), Rusiyanın "Krasnodar", Yunanıstanın "Panatinaikos", Almaniyanın "Ayntraxt", "Berlin", İtaliyanın "Torino, Türkiyənin "Qalatasaray", "Fənərbaxça", "Beşiktaş", "Trabzonspor", "Altınordu" kimi klublarə iştirak edir. Qeyd edək ki, qrupun ilk oyunları sabah keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB