Veron 42 yaşında meydana qayıdıb

Veron 42 yaşında meydana qayıdıb

Argentina millisinin sabiq futbolçusu Xuan Sebastyan Veron yaşıl meydanlara qayıdıb. Qol.az-ın xəbərinə görə, 42 yaşlı yarımmüdafiəçi Libertadores Kubokunda "Barcelona" (Ekvador) ilə oyunda (0:2) "Estudiantes"in start heyətində meydana çıxıb. "Estudiantes"in həm də prezidenti olan Veron 59-cu dəqiqədə əvəzlənib. Qeyd edək ki, X.S.Veron üç il əvvəl futbolçu karyerasını başa vurduğunu açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə