Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq yarışı keçirilib FOTOLAR

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan kikboksinq yarışı keçirilib FOTOLAR

Bu gün Qusar Olimpiya İdman Kompleksində Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arası turnirə start verilib. Yarışdan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi və Milli qəhrəman Çingiz Qurbanovun məzarı ziyarət edilib.

SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, trnirin rəsmi açılış mərasimindən sonra Olimpiya İdman Kompleksindəki rinqə respublikamızın tanınmış kikboksinqçiləri çıxıb. Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası, Azərbaycan Kikboksinq Federasiyası və "Judo Club 2012" idman klubunun birgə təşkil etdiyi turnirdə peşəkar kikboksinqçilər yarışıb. Yarışın informasiya dəstəkçisi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, sponsoru "Azimport" MMC-dir.

Turnir boyu tamaşaçılar yeddi maraqlı qarşılaşmanın şahidi olublar. Sonda qaliblərə müvafiq diplom və pul mükafatı təqdim edilib.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə