"Monoton, uzun müddət gündəlik təkrarlanan yaşam tərzi istənilən sahədə "tükənmə və profesional yanma" sindromu yaradır. İnsan öz sahəsinin mütəxəssisi olub, həmin sahəyə illərini həsr etsə də, bir anda bildiklərini unuda bilər. Bütün bunlar uzun müddət gündəlik təkrarlanan işin nəticəsində yaranan tükənmə" sindromundan irəli gəlir. Bunu SİA-ya açıqlamasında Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova deyib.
O qeyd edib ki, hər bir insan daim yenilikçi olmağa çalışmalıdır: "İnsanlar yeniliklərə açıq olmalı və uğurlu işlərə imza atmalıdırlar. Evdar qadınlara belə yenilikçilik və inkişaf şərtdir. Bu, insan həyatına rəng qatır və daxildəki pessimistlik hissələrinin qarşısını alır. Hər kəs neqativ məqamlardan uzaq durmağa və ünsiyyəti artırmağa çalışmalıdır. Canlı ünsiyyət ən gözəl vasitədir. Daim təmiz havada olmaq, yaxın insanlarla ünsiyyət qurmaq, xoş emosiyalara köklənmək, pozitiv musiqi dinləmək və rəqs etmək lazımdır. İnsanın mənfi enerjisi dabanındadır. Rəqs etdikcə insan mənfi enerjidən qurtulur. Rəqsdən ən böyük çözüm növü kimi yararlanılmalıdır".
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB