“Borussiya”nın avtobusunun yaxınlığında 3 partlayış baş verib FOTOLAR

“Borussiya”nın avtobusunun yaxınlığında 3 partlayış baş verib FOTOLAR
Çempionlar Liqasının 1/4 finalı çərçivəsində keçirilməli olan "Borussiya" - "Monako" oyunundan öncə Dortmundda, meydan sahiblərini matça aparan avtobusun yaxınlığında 3 partlayış baş verib. SİA-nın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, hələlik partlayışların xarakteri və predmeti məlum deyil. Partlayışlar nəticəsində avtobusun təkərlərinə ziyan dəyib, pəncərələr sınıb. Komandanın ispaniyalı müdafiəçisi Mark Bartra yaralandığı üçün xəstəxanaya aparılsa da, onun səhhətində ciddi problem yoxdur.











Bütün xəbərlər Facebook səhifəmizdə