Alman məşqçi: “Nazarov özünü milli qəhrəman kimi göstərdi”

Alman məşqçi: “Nazarov özünü milli qəhrəman kimi göstərdi”

"Aue" klubunun prezidenti Helqe Leonhardt komandanın azərbaycanlı futbolçusu Dmitri Nazarov haqda danışıb. Qol.az-ın xəbərinə görə, Almaniya mətbuatına açıqlama verən II Bundesliqa təmsilçisinin rəhbəri son vaxtlar yaxşı formada olan millimizin üzvündən razılıq edib:

"Nazarovun əsas hədəfi Azərbaycan yığmasının heyətində Almaniyaya qarşı oynamaq idi. O, həmin görüşdə özünü milli qəhrəman kimi göstərdi. Almaniyaya qol vurduğu üçün klubun düşərgəsinə də böyük enerji ilə qayıtdı. Həmin oyundan sonra Nazarov ən yüksək səviyyədə çıxış edir. Özünə tamamilə güvənir və bu inamı bütün komandaya ötürür".

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Almaniya ilə oyundan sonra II Bundesliqanın 3 matçında iştirak edib. "Sankt-Pauli" və "Union Berlin"lə görüşdə məhsuldar ötürmə ilə yadda qalan futbolçu "Münhen 1860"la qarşılaşmada dubl edib.

Bütün xəbərlər Facebook səhifəmizdə