AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
9 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XXV turunun "Qarabağ" – "Qəbələ" matçı başa çatdıqdan sonra "Qarabağ" və "Qəbələ" klublarının azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün hər iki klub 800 manat cərimə olunur (maddə 52).
8 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun "Kəpəz" – "Neftçi" matçının 90+3-cü dəqiqəsində "Neftçi" klubunun 56 №-li futbolçusu Sənan Əbilov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
8 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun "Qarabağ" – "Qəbələ" matçında "Qarabağ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
9 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun AZAL – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
9 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXV turunun "Zirə" – "İnter" matçının 69-cu dəqiqəsində "Zirə" klubunun 17 №-li futbolçusu Vüsal İskəndərli hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır, klub 1600 manat cərimə olunur (maddə 42.3).
9 aprel 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun MOİK – "Mil-Muğan" matçının 83-cü dəqiqəsində MOİK klubunun 2 №-li futbolçusu Hüseyn İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
9 aprel 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXIII turunun "Qaradağ Lökbatan" – "Bakılı" matçında "Bakılı" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
5 aprel 2017-ci il, U-19 Liqasında, "Sumqayıt" – "Zirə" matçının 90+1-ci dəqiqəsində "Sumqayıt" klubunun 13 №-li futbolçusu Cavid Mikayıllı aqressiv davranış – rəqibi bilərəkdən əllə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 38.3).
3 aprel 2017-ci il Bakcell U-17 Liqasında "Qəbələ" – "Qarabağ" matçının 90+3-cü dəqiqəsində "Qəbələ" klubunun 15 №-li futbolçusu Fərid Nadirov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 aprel 2017-ci il U-16 Liqasında "Neftçi" – "Sumqayıt" matçının 73-cü dəqiqəsində "Neftçi" klubunun 7 №-li futbolçusu Vüsal Əsgərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 aprel 2017-ci il U-16 Liqasında "Ağsu" – "Kəpəz" matçının 79-cu dəqiqəsində "Kəpəz" klubunun 3 №-li futbolçusu Musa Hacıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır(maddə 48).
6 aprel 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Zirə" – "Neftçi" matçının 69-cu dəqiqəsində "Zirə" klubunun 3 №-li futbolçusu Murad Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
6 aprel 2017-ci il U-16 Liqasında "Vətən" – "Turan" matçında "Turan" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
2 aprel 2017-ci il Azərbaycan Həvəskarlar birinciliyinin "Bakı" FK – "Binə" FK matçının 90-cı dəqiqəsində "Binə" klubunun 1 №-li futbolçusu Söyləməz Mustafayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
2 aprel 2017-ci il Azərbaycan Həvəskarlar birinciliyinin "Caspian" – "Çağırğan" matçının 65-ci dəqiqəsində "Caspian" klubunun 3 №-li futbolçusu Ümman Ağamalıyev hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanır (maddə 42.3). Oyunun 65-ci dəqiqəsində "Caspian" klubunun 3 №-li futbolçusu Ümman Ağamalıyev qırmızı vərəqə aldıqdan sonra meydanı tərk etmədiyinə görə "Caspian" klubuna 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 56).
2 aprel 2017-ci il Azərbaycan Həvəskarlar birinciliyinin "Qobustan" – "Astaraçay" matçında "Astaraçay" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB