Raqif Abbasov: “Bakı-2017”nin könüllüləri İslam dünyasının sülh elçiləridir” AÇIQLAMA

Raqif Abbasov: “Bakı-2017”nin könüllüləri İslam dünyasının sülh elçiləridir” AÇIQLAMA

"IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminə 4 min könüllü qatılacaq. Oyunlarda ümumilikdə 8 min könüllü iştirak edəcək. 4 min könüllünün əksəriyyəti paytaxt gəncləridir. Onların 70 faizi yeni, 30 faizi isə Avropa Oyunlarından təcrübəsi olan könüllülərdir". Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O qeyd edib ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları zamanı paytaxtda qonaqlar üçün mədəni-kütləvi tədbirlər təşkil olunacaq: "Müxtəlif səyyar tamaşalar göstəriləcək, idmandan sonrakı vaxtlarda bədii-əyləncəli tədbirlər hazırlanacaq. Azərbaycanda IV İslam Həmrəyliyi Oyunlarında iştirak etmək və yarışlara baxmaq üçün gələn qonaqlara istirahət etmələri, mədəniyyətimizlə yaxından tanış olmaları üçün hər cür şərait yaradılacaq".

Baş idarə rəisi "Bakı-2017"nin yalnız müsəlman ölkələrində deyil, digər ölkələrdə də yayımlanacağını bildirib: "Hazırda danışıqlar davam edir. Oyunları yalnız müsəlman dövlətləri deyil, həm də qeyri-müsəlman dövlətləri yayımlamaq istəyir. Deməli dünya bizi daha tez eşidəcək. Oyunların açılış və bağlanış mərasimində dünyaya mesajlar olacaq. Açılış mərasimində Azərbaycan bütün müsəlman dövlətlərinin istəyini deyəcək. Dünya müsəlman dövlətlərinin səsini eşidəcək. Könüllü gənclər təhlükəsizlik, qarşılanma, yola salma, atletlər kəndində təşkilatçılıq işləri, tərcümə məsələlərinə cəlb olunublar. "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının könüllüləri İslam dünyasının sülh elçiləridir".

Bütün xəbərlər Facebook səhifəmizdə