"İnter" ən azı bürünc medalı təmin edib

"İnter" ən azı bürünc medalı təmin edib

Topaz Premyer Liqasının 25-ci turunun son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb. SİA-nın məlumatına görə, "Zirə" "İnter"i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da "İnter" ən azı bürünc medalı özü üçün təmin edib. Zaur Svanadzenin komandasının ikincilik şansı da qalır.

10 aprel

Topaz Premyer Liqası, 25-ci tur

15:00."Zirə" - "İnter" 1:1

Qol: Rauf Əliyev, 12 (0:1), Riçard Qadze, 19 (1:1)
Hakimlər: Ramil Diniyev, Akif Əmirəli, Azər Əsgərov, Rəhim Həsənov
Zirə İdman Kompleksinin stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə