Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci olublar

Çex Respublikasında keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub. SİA-nın məlumatına görə, Azərbaycan milli komandası yarışın sonuncu günü aktivinə daha iki medal yazdırıb.

Ölkəmizi 90 kiloqramdan yuxarı çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Cəfər Əkbərli (90 kq) isə mötəbər turnirin bürünc medalına sahib olub.

Bununla da 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan Azərbaycan millisi komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kuboku yarışında Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...