"Yuventus" - "Barselona" və "Borussiya" - "Monako" matçının hakimləri

"Yuventus" - "Barselona" və "Borussiya" - "Monako" matçının hakimləri

Çempionlar Liqasının 1/4 finalında sabah keçiriləcək 2 oyun üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, "Yuventus" - "Barselona" görüşünü Polşa Futbol Federasiyasından Szumon Marçiniak idarə edəcək. Ona Pavel Sokolniçki və Tomas Listieviç köməklik edəcək. Dördüncü hakim funksiyasını Radoslav Sieyka yerinə yetirəcək.

Turun digər oyunu - "Borussiya" (Dortmund) - "Monako" matçı isə Daniele Orsatonun başçılıq etdiyi italiyalı hakimlər briqadasına həvalə edilib. Ona Mauro Tonolini və Lorenzo Manganelli köməklik edəcək. Alessandro Kostanzo dördüncü hakim olacaq.

Qeyd edək ki, hər iki qarşılaşma sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə