Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində "B" qrupunda yer alan Azərbaycan milli komandası aprelin 9-da Bakı İdman Sarayında Albaniya yığması ilə qarşılaşıb. Görüşdə millimiz rəqibini 5:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində qolları Everton Kardozo, Eduardo Mello Borges, Oliveira Viliams De Naskimento, Namiq Məmmədkərimov və Xətai Bağırov vurublar.
Oyunu Kostas Nikolaou (Kipr) və Timo Onatsu (Finlandiya) idarə ediblər. Qrupdakı digər oyunu – Macarıstan-Bosniya və Herseqovina görüşü 2:2 hesabı ilə başa çatıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB