Almaniya milli futbol yığmasının türk əsilli oyunçusu Məsud Özil sözügedən ölkədə gənclikdə başına gələn haqsızlıqlardan danışıb. Axar.az xəbər verir ki, "Deyli Meyl" nəşrinə müsahibə verən futbolçu o dönəmlərdə Almaniyada milliyyətçiliyin geniş vüsət aldığını bildirib.
"Seçim yarışmalarında yaşıl meydanların ən yaxşısı idim. 100 faiz seçiləcəyimi düşünürdüm. Lakin bir anda klubdan dedilər ki, sənin yerinə başqasını tərcih etdik, daha bir həftə gözləməlisən. 3-4 dəfə belə vəziyyətlə qarşılaşdım. Daha sonra ayrı-seçkiliyə məruz qaldığımı hiss elədim. Atam "Məsud, sənin seçilməməyin bacarıqsızlığınla əlaqəli deyil. Bu, türk əsilli və adının Məsud olmağı ilə əlaqəlidir" dedi. İndi necədir, bilmirəm. Amma həmin zamanlarda Almaniyada qeyri-almanlara qarşı sərt münasibət var idi", - Özil bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB