Hər iki komanda üçün axırıncı şanslar idi. 3 xal vacib idi. Rəqib güclüdür, yaxşı oyunçuları var, sadəcə, uyğunlaşmaq üçün zamana ehtiyacları var. İlk hissədə pressinq edib, nəticə qazandıq, fasilədən sonra əks-hücumlara üstünlük verdik. Daha 3 çətin oyunumuz qalıb, sonadək döyüşəcəyik".
Futbolinfo.az-ın yaydığı xəbərə görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 25-ci turunda dünən "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib. "Əks-hücumda oynadıq. Bundan başqa, nəticədən irəli gələn psixoloji durum da var idi. Hamı hesabı düşünürdü" - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB