"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev "Kəpəz"lə matçdan (0:2) sonra mətbuat konfransı keçirib. O, ilk öncə oyun haqda fikirlərini bildirib:
- Belə meydançada oynamaq çətindir. Təəssüf ki, müdafiədə səhvlər oldu və qollar vuruldu. Meydan amili hər iki komanda üçün eyni idi. Kim qol vursa, o da qələbə qazanacaqdı. 1-ciyə baxmalıyam, amma 2-ci penalti təmiz idi.
- Kəskin heyət dəyişməsinin səbəbi nədir?
- Zədəllər çox idi. Bəhanə axtarmıram. Navalovski iynə ilə oynadı, Ruslan Abışov da zədəlidir. Petrovda, Dreksada problemlər var, hazır deyillər. Bir heyətlə ardıcıl 3 oyun keçirə bilmirik.
- Komandanı 7-ci pillədə təhvil almışdınız, yenidən həmin mövqeyə qayıtdınız. Bundan sonrakı hədəf nədir?
- Yenə irəliləmək. Qarşıda oyunlar var, daha yüksək pilləyə qalxmağa çalışacağıq.
- Rəqib qələbəyə layiq idi?
- Udublarsa, deməli, layiq idilər.
- Zədəlilər, meydan amili və s. Özünüzdə nə günah var?
- Özümdə o vaxt səhv görərdim ki, meydan yaxşı, heyət optimal olsun. Sözüm bəhanə kimi çıxmasın. Demirəm ki, günahım yoxdur. Var, özüm bilirəm. Məsuliyyəti boynumdan atmıram, ondan qaçmıram. Səhvləri düzəltməyə çalışacağam.
- Zədəli futbolçuların çox olmağının səbəbi nədir?
- Qrafik. Heyətimiz geniş deyil. Bir ara 10 günə 3-4 oyun keçirdk, problemlər ortaya çıxdı. Heyətdə 28-30 futbolçu olmalıdır.
- "Forza Neftçi"ni tribunada görəndə təəccüblənmədiniz?
- O mövzunu açmaq istəmirəm. Onlarla yeganə problem odur ki, təhqir edirlər. Tənqid etsinlər, istefamı istəsinlər, amma söyməsinlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB