“Neftçi” uduza-uduza gedir...

“Neftçi” uduza-uduza gedir...

Aprelin 9-da Topaz Premyer Liqasında 25-ci tura start verilib. Turun ilk qarşılaşmasında avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan "Kəpəz" ilə "Neftçi" Gəncədə üz-üzə gəlib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın taleyini on bir metrlik zərbələr həll edib. "Kəpəz"in futbolçusu T.Axundov Bakı futbolçularını iki dəfə penaltidən cəzalandırıb.

Beləliklə, rəqibinə 2:0 hesabı ilə qalib gələn "Kəpəz" xallarının sayını 27-yə yüksəldərək turnir cədvəlində "Neftçi"ni qabaqlayıb. Günün digər matçında liderlər qarşılaşacaq. İkinci pillədə qərarlaşan "Qəbələ" lider "Qarabağ"ı qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə