Qonsalo İquain ”Kyevo” ilə matçda dubl edib

Qonsalo İquain ”Kyevo” ilə matçda dubl edib

"Yuventus"un hücumçusu Qonsalo İquain A seriyasının 31-ci turunun"Kyevo"ya qarşı matçında (2:0) dubl edib. Qol.az-ın xəbərinə görə, bununla da o, yeni klubunda 21-ci qolunu vurub və "Yuventus"da 59 illik fasilədən sonra bir ilkə imza atıb. O, "Yuventus"da debüt mövsümündəcə (A seriyasında) 31 oyuna 20-dən çox qol vura bilib.

Bundan başqa argentinalı futbolçu 5 qolun ötürməsini də edib. Qeyd edək ki, son dəfə 1957/58-ci il mövsümündə Con Çarlz "Yuventus"da debüt mövsümündə 28, Ömər Sivori isə 22 qol vurub. Xatırladaq ki, Turin klubu İquaini ötən yay 90 milyon avro qarşılığında "Napoli"dən transfer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə