Tural Qəmbərov: “Azərbaycan müstəqillik tarixinə daha bir şanlı səhifə yazacaq” AÇIQLAMA

Tural Qəmbərov: “Azərbaycan müstəqillik tarixinə daha bir şanlı səhifə yazacaq” AÇIQLAMA

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq yüksək səviyyədə davam edir. Artıq Oyunlarda iştirak edəcək 57 ölkə təsdiqlənib və bu, ən rekord göstəricidir. "Bakı-2017"də ümumilikdə 8 minə qədər könüllü iştirak edəcək". Bunu SİA-ya açıqlamasında "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Marketinq şöbəsinin rəhbəri Tural Qəmbərov deyib.

O qeyd edib ki, aprelin 5-də start götürən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti Naxçıvanda, sonra Azərbaycanın digər 14 şəhərində davam etdiriləcək: "Bununla bərabər, idman tədbirləri də keçiriləcək, yeniyetmə və gənclər arasında məlumat xarakterli maarifləndirmə işləri aprılacaq. Bütün hazırlıq işləri ardıcıllıqla davam etdirilir. Yarışların keçiriləcəyi idman məkanları isə, artıq hazır vəziyyətdədir. İdmançılarımızla birlikdə işləyirik. IV İslam Həmrəyliyi Oyunları üçün 14 idmançı səfir seçilib. Onların sırasında Azərbaycanın Olimpiya, dünya və Avropa çempionları var. Onlar uşaqlarda idmana həvəs aşılayaraq, İslam fəlsəfəsindən irəli gələn sağlam həyat, sağlam bədən, idmanda və idmandan kənarda da ədalətçilik prinsiplərini təbliğ edirlər".

T.Qəmbərov bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təkşil olunması və keçiriləməsi İslam ölkələri arasında əlaqələri gücləndirəcək və bütün dünyaya bir daha nümayiş olunacaq ki, İslam dini sülh, məhəmət və qardaşlıq dinidir. O vurğulayıb ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına layiqincə ev sahibliyi etməklə müstəqillik tarixinə daha bir şanlı səhifə yazacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə