Hacı Əliyev: "Uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm"

Hacı Əliyev: "Uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm"

"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər bir tədbirin doğma Vətənimizdə təşkil olunması biz idmançılar üçün çox sevindirici haldır. Bu cür yarışların keçirilməsi yeniyetmə və gənclərimizin idmana marağının daha da artmasına səbəb olacaq". SİA-nın məlumatına görə, bu fikirləri "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri, Rio Olimpiadasının bürünc medalçısı və ikiqat dünya çempionu Hacı Əliyev səsləndirib.

Hacı Əliyev deyib: "Ölkəmizdə təşkil ediləcək belə mötəbər yarışda iştirakçı olduğum üçün xoşbəxtəm. Eyni zamanda, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri olmaq böyük, həm də məsuliyyətli bir işdir. Çünki mən İslam Həmrəyliyi Oyunlarında ölkəmizin idman şərəfini qoruyacağam və keçirilən bu yarışda güləş azarkeşləri məndən qələbələr gözləyəcəklər. Üzərimdəki məsuliyyətin fərqindəyəm və uğur qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həmçinin Xəzərdən başlayan su səyahətinin Naxçıvanımızdan başlaması mənim üçün, eləcə də bütün idmançılarımız üçün böyük hadisədir". //AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə