Zinəddin Zidanın növbəti mövsümdə də "Real"ı çalışdırıb-çalışdırmayacağı hələ məlum deyil. SİA-nın məlumatına görə, bu haqda fransız mütəxəssis özü açıqlama verib: "Real"la müqaviləmin bitməsinə hələ 1 il var. Amma növbəti mövsüm "Real"da qalacağıma əmin deyiləm. İndi bu barədə heç düşünmürəm. Hazırda məni ancaq mövsümün qalan hissəsi maraqlandırır. "Real" böyük klubdur. Hər məşqçi bu komandada çalışmaq istəyir. Mən də hər şeyə hazıram".
Xatırladaq ki, Zinəddin Zidan "Real"ı 2016-cı ilin yanvarından çalışdırır. "Kral klubu" ötən mövsüm onun rəhbərliyi altında Çempionlar Liqasının qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB