La Liqanın XXIX turunda "Qranada" ilə oyunda zədələnən "Barselona"nın yarımmüdafiəçisi Rafinya Alkantaranın vəziyyəti dəqiq bəlli olub. Futbolçu artıq əməliyyat olunub. 24 yaşlı oyunçunun əvvəlcə 3-4 həftəlik sıradan çıxdığı deyilsə də, dizindən keçirdiyi əməliyyat bu müddəti bir xeyli uzadıb. Alkantaranın sağalma və bərpa prosesi ilə birlikdə təxminən 3-4 ay komandaya kömək edəbilməyəcəyi açıqlanıb. Bu isə gənc futbolçunun mövsümü başa vurması deməkdir. Qeyd edək ki, bu mövsüm La Liqada "Barselona" ilə 18 oyunda meydana çıxan Rafinya 6 qola imza atıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB