Səfir: “Azərbaycanda torelantlıq, sivilizasiya və dəyərlərin qorunması yüksək səviyyədədir” AÇIQLAMA
"Azərbaycanda 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan edilməsi bütün dünya üçün çox böyük hadisədir". Bunu SİA-ya açıqlamasında Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aycigit Buranov deyib.
O qeyd edib ki, 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın dünyada dostluq, qardaşlıq, sülhə verdiyi böyük önəmdən irəli gəlir: "Azərbaycanın müdrik rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilən işlər göstərir ki, ölkənizdə torelantlıq, mehriban birgəyaşayış, insanlar arasında sivilizasiya və birgə dəyərlərin qorunması yüksək səviyyədədir. IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycanda keçirilməsi İslam dəyərləri, müsəlman ölkələrinin həmrəyliyinə verilən böyük töhfədir. Prezident İlham Əliyev başda olmaqla, qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram".
Səfir vurğulayıb ki, Azərbaycan və Qırğızıstan arasında yaxın münasibətlər mövcuddur və iki ölkənin münasibətləri yüksələn xətlə inkişaf edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB