Türkiyəli nazir: "V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə İstanbulda keçiriləcək"
"V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə Türkiyənin İstanbul şəhərində keçiriləcək". SİA-nın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçirilən 25-ci İcraedici Kollegiya iclası ilə bağlı təşkil olunmuş mətbuat konfransında Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıç deyib.
Nazir qeyd edib ki, Oyunların Türkiyədə keçirilməsi ilə bağlı xəbər çox sevindiricidir. O, V İslam Həmrəyliyi Oyunlarının İstanbulda yüksək səviyyədə təşkil olunması üçün bütün hazırlıq işlərinin ciddi şəkildə görüləcəyini vurğulayıb.
Akif Çağatay Kılıç" Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işıərinin də yüksək səviyyədə həyata keçirildiyini diqqətə çatdırıb
Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları bu il mayın 12-22-də Bakıda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB