Azad Rəhimov: "Bakı-2017-nin hazırlıq işləri plana uyğun şəkildə davam edir"
"Bu günkü toplantıda mühüm mövzular müzakirə olundu. İclasda bir çox vacib məsələlərə toxunuldu". SİA-nın məlumatına görə, bunu İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Bakıda keçirilən 25-ci İcraedici Kollegiya iclası ilə bağlı təşkil olunmuş mətbuat konfransında gənclər və idman naziri, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov deyib.
O, iclasda növbəti İslam Həmrəyliyi Oyunlarının 2021-ci ildə Türkyənin İstanbul şəhərində keçiriləcəyinin elan olunduğunu bildirib: "Qardaş ölkəyə uğurlar arzulayıram. Əminəm ki, İstanbulda Oyunlar yüksək səviyyədə təşkil ediləcək".
Nazir toplantıda mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı da bir çox müzakirələr aparıldığını vurğulayıb.
A.Rəhimov "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının hazırlıq işlərinin plana uyğun şəkildə, yüksək səviyyədə davam etdiyini bildirib.
O, medianın Oyunlara marağını nəzərə alaraq akkreditasiya müraciəti üçün müddətin uzadıldığını qeyd edib: "İndiyədək 32 ölkənin media təşkilatları akkreditasiya üçün müraciət ediblər. 100-dən artıq xarici, 500-dən artıq yerli jurnalistlər qeydiyyatdan keçiblər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB