Antonio Konte Pirlonu “Çelsi”yə gətirir?

Antonio Konte Pirlonu “Çelsi”yə gətirir?

ABŞ-ın "Nyu-York Siti" klubunun üzvü Andrea Pirlo "Çelsi"yə keçə bilər. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 37 yaşlı yarımmüdafiəçi "Çelsi"nin baş məşqçisi Antonio Kontedən təklif alıb. Konte həmyerlisini öz köməkçisi kimi komandasında görmək istəyir. İtaliyalı millisinin sabiq üzvü klubunun razılığını ala bilsə, gələn mövsümdən "Çelsi"nin məşqçisi olacaq. "Maestro" ləqəbli futbolçunun ABŞ klubu ilə müqaviləsi bu ilin dekabrında bitəcək.

Qeyd edək ki, Andrea Pirlo 2011-2014-cü illərdə "Yuventus"da Antonio Kontenin rəhbərliyi altında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə