Bu günədək BŞH-yə 80-ə yaxın media qurumu akkreditasiya üçün müraciət edib
"Bu günədək Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə mayda keçiriləcək Formula-1 üzrə Azərbaycan Qran-Prini işıqlandırmaq istəyən 80-ə yaxın media qurumu akkreditasiya üçün müraciət edib". SİA-nın məlumatına görə, bunu jurnalistlərə Bakı Şəhər Halqası Əməliyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, akkreditasiya prosesi hələ ki, bitməyib: "Müraciətlərə Beynəlxalq Avtomobil Federasiyası baxacaq. Proses başa çatdıqdan sonra cavablar açıqlanacaq. Müraciətçilərdən neçə faizinin akkreditasiya kartı alacaqlarını gələcək aylarda biləcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB