Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə yekun vurulacaq. SİA-nın məlumatına görə, baş tutacaq cavab oyunlarından sonra finalçıların adlarına aydınlıq gələcək.
Günün ilk oyunu Qəbələdə keçiriləcək. Şəhərin eyni adlı komandası Bakının "İnter" klubunu qəbul edəcək. Bu qarşılaşma saat 16:30-da başlayacaq.
İkinci oyun isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Burada "Qarabağ" "Neftçi"ni sınağa çəkəcək. Bu görüşün start fiti isə saat 19:30-da səslənəcək.
Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
5 aprel (çərşənbə)
16:30. "Qəbələ" – "İnter"
Qəbələ şəhər stadionu
İlk oyun - 3:1
19:30. "Qarabağ" – "Neftçi"
Tofiq Bəhramov adına Respublika Stadionu
İlk oyun - 2:0
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB