Futbol üzrə Azərbaycan kuboku uğrunda yarışın 1/2 final mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. SİA təyinatları nəzərinizə çatdırır:
5 aprel (çərşənbə)
"Qəbələ" – "İnter"
Qəbələ şəhər stadionu. Saat 16:30
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Nahid Əliyev, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
"Qarabağ" – "Neftçi"
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 19:30
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Xaqani Məmmədov
Qeyd edək ki, hər iki görüş "CBC Sport" televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB