AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
26 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Şəmkir" – "Qaradağ Lökbatan" matçının 83-cü dəqiqəsində "Qaradağ Lökbatan" klubunun 20 №-li futbolçusu Elmin Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
27 mart 2017-ci il, 2016/2017 mövsümündə, Azərbaycan I divizionun XXII turunun "Şahdağ" – "Səbail" matçında "Səbail" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
1 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun "Qəbələ" – "Zirə" matçında "Zirə" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40). Oyunun 13-cü dəqiqəsində "Zirə" klubunun 45 №-li futbolçusu Rəvan Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
1 aprel 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXIV turunun "İnter" – AZAL matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).
15 mart 2017-ci il, U-19 Liqasında "İnter" – "Neftçi" matçının 15-ci dəqiqəsində "İnter" klubunun 22 №-li futbolçusu Tural Osmanov öz komandasının baş məşqiçisini təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).
25 mart 2017-ci il, Bakcell U-17 Liqasında "Səbail" – "Zirə" matçının 65-ci dəqiqəsində "Zirə" klubunun baş məşqçisi Aqil Nəbiyev texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).
13 mart 2017-ci il, Bakcell U-17 Liqasında "İnter" – "Səbail" matçında "Səbail" klubunun 99 №-li futbolçusu Xəzər Mahmudov oyunu buraxmalı olduğu halda oyunda iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 51).
16 mart 2017-ci il, U-16 "Vətən" – "Kəpəz" matçının 62-ci dəqiqəsində "Vətən" klubunun 21 №-li futbolçusu Qabil Əlizadə rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır(maddə 42.1).
16 mart 2017-ci il, U-16 Liqasında, "Neftçi" – "Ağsu" matçının 10-cu dəqiqəsində "Neftçi" klubunun 17 №-li futbolçusu Orxan Fərəcov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 38.1).
16 mart 2017-ci il U-16 Liqasında "İnter" – "Zirə" matçının 63-cü dəqiqəsində "Zirə" klubunun 7 №-li futbolçusu Zahir Xanhüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 74-cü dəqiqəsində "Zirə" klubunun 99 №-li futbolçusu Allahyar İsgəndərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Mil-Muğan" – "İnter" matçının 53-cü dəqiqəsində "İnter" klubunun 14 №-li futbolçusu Fərid Muxtarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
25 mart 2017-ci il Boulevard Hotel U-15 Liqasında "Qəbələ" – "Şəmkir" matçında "Şəmkir" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
27 mart 2017-ci il Bakcell U-17 Liqasında "Qarabağ" – "Sumqayıt" matçının 89-cu dəqiqəsində "Sumqayıt" klubunun 8 №-li futbolçusu Etibar Ağalarov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
27 mart 2017-ci il Bakcell U-17 Liqasında "Neftçi" – "Vətən" matçının 85-ci dəqiqəsində "Neftçi" klubunun 43 №-li futbolçusu Elton Əlibəyli rəqib futbolçunu təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
29 mart 2017-ci il U-19 Liqasında "Zirə" – "Şərurspor" matçında "Şərurspor" klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56). Bu hal 3- cü dəfə təkrar olunduğu üçün klub yarışlardan kənarlaşdırılır.
29 mart 2017-ci il U-19 Liqasında AZAL – "Sumqayıt" matçının 33-cü dəqiqəsində "Sumqayıt" klubunun 11 №-li futbolçusu Vüsal Buludlu hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).
1 aprel 2017-ci il Boulevard Hotel U-15 Liqasında "İnter" – "Kəpəz" matçının 69-cu dəqiqəsində "Kəpəz" klubunun 2 №-li futbolçusu Azər Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB