Azərbaycan şahmatçıları “Dubai Open"ə qələbə ilə başlayıblar

Azərbaycan şahmatçıları “Dubai Open"ə qələbə ilə başlayıblar

Birləşmiş Ərəb Əmirliklərində "Dubai Open" 19-cu beynəlxalq şahmat turniri başlanıb. SİA-nın məlumatına görə, turnirdə 215 şahmatçı, o cümlədən 53 qrossmeyster iştirak edir. Azərbaycanı turnirdə səkkiz şahmatçı təmsil edir.

"Dubai Open 2017" turnirinin birinci turniri başa çatıb. Azərbaycanın bütün təmsilçiləri - qrossmeysterlər Eltac Səfərli, Nicat Abbasov, beynəlxalq ustalar Vüqar Əsədli, Nail Bəşirli, Nərmin Xələfova, FIDE ustası Əhməd Əhmədzadə, habelə Rəvan Əliyev və Vüsal Abbasov birinci turda qələbə qazanıblar.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Aprelin 12-də turnirin qalibi müəyyən olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə